“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Futbolinfo.az xəbər verir ki, çernoqoriyalı İqor İvanoviç karyerasını Bakı klubunda davam etdirəcək.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
İvanoviç vətənində “Rudar”ın formasını geyinib. Ötən mövsüm Çernoqoriya çempionluğunu qazanan İqor 13 qolla bombardirlər cədvəlində 2-ci yeri tutub və komandasının aparıcı oyunçularından biri olub. İvanoviç “Rudar”a qədər Serbiyada “OFK Belqrad” klubunun şərəfini qoruyub. Yarımmüdafiəçi 2011-ci ildə ölkəsinin 21 yaşa qədər futbolçulardan ibarət yığma komandasının formasını geyinib.
(Klub saytı)