Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın  şərəfini qoruduğu Dusseldorf "Fortuna"sı  da növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma arenada “Frayburq”la üz-üzə gəlib. Görüş ev sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Eratın adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Fortuna” 1 xalla (14-dən) 17-ci pilləyə geriləyib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp