Almaniya 2-ci Bundesliqasında 3-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dimitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" də növbəti matçına çıxıb.
Adıçəkilən komanda doğma meydanda "Duysburq"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nazarov 58-ci dəqiqədə meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp