Bu gün Topaz Premyer Liqasında 3-cü turun növbəti qarşılaşmaları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Neftçi" evdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
 
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ev sahibi komandanın baş məşqçisi Samir Əliyev qələbəni belə şərh edib:
“Qol imkanlarımız çox oldu. Amma təcrübəsizlik yenə ön plana çıxdı, şansların az qismindən yararlana bildik. Ötən oyunlarla müqayisədə, bu gün daha çox aqressiv idik. Problemlərimiz var və bunun üzərində işləməliyik. Fiziki hazırlığımızı daha yaxşı səviyyəyə gətirməliyik. Artıq bizim üçün fasilə başladı. Oyunçuları 3 günlük istirahətə buraxacağıq.  Məşqlər başlayanda əvəzedici heyətdən 5 nəfər götürəcəyik. Fasilə zamanı ölkə daxilində yoxlama görüşləri keçirməyi düşünürük”. 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp