Bu gün futbol üzrə Azərbaycan 1-ci divizionunun püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, jurnalistlər, eləcə də çempionatda mübarizə aparacaq  "Bakı", "Neftçala", "Ağsu", "Qaradağ Lökbatan", "Turan Tovuz", "Şahdağ", "Bakılı", "Şəmkir", MOİK, "Mil-Muğan", "Energetik", "Göyəzən", "Zaqatala", "Şərurspor"  komandalarının nümayəndələri iştirak etdilər. 
İlk turda aşağıdakı komandalar üz-üzə gələcəklər.
10-11 sentyabr
 
"Şəmkir" – "Turan Tovuz" 
"Ağsu" – "Zaqatala"
"Şahdağ" – MOİK
"Mil Muğan" – "Qaradağ Lökbatan"
"Bakı" – "Şərurspor"
"Energetik" – "Neftçala"
"Göyəzən" – "Bakılı"  
Shares: