Bu gün Azərbaycan çempionatının 1-ci divizionunda püşkatma mərasimi keçirilib. AFFA-nın konfrans zalında keçirilən tədbirdən sonra çempionatda iştrak edən 14 komandanın ilk turda qarşılaşacağı rəqiblərin kimliynə aydınlıq gəlib. Sentyabrın 10-da start götürəcək yarışda ilk dəfə olaraq "Zaqatala" və "Şərurspor" klubları da iştirak edəcək. 
Tədbiri ilk olaraq, Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev açıb. O, növbəti mövsüm komandaların start heyətində 5 nəfər yaşı 21-dən az olan futbolçunun meydana çıxa biləcəyini bildirib. Bundan başqa, komandalar oyunun gedişində 3 əvəzetmədən istifadə edə biləcəklər. Bütün komandalar orginal FİFA toplarından istifadə etdməlidi.  
Ardınca isə söz PFL-in prezidenti Ramin Musayevə verilib: "Ötən övsüm 1-ci dəstə maraq baxımından, heç də Prenyer Liqadan geri qalmadı. Bu il çempionat təəssüf ki, 14 komanda ilə keçiriləcək. Bu mənim günahım deyil. Bizim elə bir büdcəmiz yoxdu ki, çempionatda iştrakını yarımçıq qoyan komandanın xərclərini ödəyək. Lakin indi PFL-də maliyyə problemləri var. Çempionat bu il FİFA tərəfindən təsdiqlənmiş topla keçirilir. Çalışacağıq ki, keyfiyyətli və ucuz top tapa bilək. Əgər dediyimiz topları tapa bilməsək, gərək klublar özləri top tapsın. Ötən il mətbuatda oyun alqı-satqısı haqda xəbərlər yayılırdı. Matçın gedişində mətbuatın dedikləri təsdiqini tapdı. Əgər danışılmış oyun olsa, biz həmin komandalara gələcəkdə öz hakimlərimizlə müdaxilə edəcəyik. Kişi kimi futbol oynamaq lazımdı. Sonra hamı bizi günahlandırır, amma biz bunu sübut edə bilmirik. Hakimə olunan etirazları dəstəkləyirəm, amma oyun alqı-satqısı kişilik deyil". 
Ramin bəy həmçinin Premyer Liqaya vəsiqə qazanan komandaların elitada iştirak edə biləcəyini də bildirib:  "Neftçala"nın bu il Premyer Liqaya çıxmasında klub nümayəndələrinin də, bizim də səhvimiz var. Söz verirəm ki, əgər hər şey qaydasında olsa, 1-ci yerin sahibi Premyer Liqada iştirak edəcək". 
PFL prezidenti divizonda baş verən lipa qalmaqalları haqqında da tədbir gördüklərini bildirib: "Bu il lipaların qarşısını almaq üçün şəxsiyyət vəsiqəsi kimi bir şey düzəltmişik. Burada futbolçuların şəkilləri olacaq və bunu istəsələr belə heç kim dəyişə bilməyəcək".
Musayev həmçinin ötən mövsüm 1-ci divizionda iştirak edən "Şuşa Qarabağ"ın bu il çempionatdan kəndarda qalmasına da münasibət bildirib: "Şuşa Qarabağ" üçün heç cür sponsor tapa bilmədik. Bu komandanı mən – Ramin Musayev yaratmışam. 3 il ərzində komandaya çox dəstək olduq. Amma komandanın oyununa heç bir şuşalı azarkeş də gəlmədi".
ELMAR ABDULLA-ZADƏ
Shares: