Tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qəbələ"sifariş ərizəsini UEFA-ya təqdim edib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar"ın siyahısına 22 futbolçununun adı daxil edilib.
Bunların arasında yeni transferlər Vaqif Cavadov, Derlis Meza Kolli və Fakundo Pereyranın da adı var. Maraqlıdı ki, məlum məsələyə görə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilən Cavid Hüseynovun adı da baş məşqçi Roman Qriqorçukun siyahısında yer alıb. 
Qapıçılar: Andrey Popoviç, Dmitri Bezotosnı, David Pietrzkeviç
Müdafiəçilər: Vojislav Sttankoviç, Vitali Vernidub, Rikardinyo, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ürfan Abbasov, Rafael Santos
Yarımmüdafiəçilər: Rəşad Sadiqov, Aleksey Qay, George Floresku, Ermin Zets, Cavid Hüseynov, Samir Zərgərov, Vaqif Cavadov, Derlis Meza Kolli,
Hücumçular: Sergey Zenyov, Aleksey Antonov, Dodo, Fakundo Fereyra
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp