Bir neçə saat öncə “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Yunanıstan PAOK-u ilə görüşünün gecə yarısı başa çatmasını və bundan sonra azarkeşlərin evə getmələri üçün əməli tədbir görülməməsi ilə bağlı yazı dərc etmişdik. Baxmayaraq ki, oyuna cəmi bir neçə saat qalmışdı, “Qəbələ” bu yazıya olduqca operativ reaksiya verməyi bacarıb.
Futbolinfo.az saytına zəng vuran klubun vitse-prezidenti Fariz Nəcəfov məsələni qabartdığımıza görə bizə təşəkkürünü bildirməklə yanaşı, futbolsevərlər üçün şad xəbəri də çatdırdı: “Bakı Metropoliteninin rəhbərliyi ilə əlaqə saxlayaraq, vəziyyəti onlara izah etdik. Sağ olsunlar, bizi anlayışla qarşıladılar. Qısa zaman kəsiyində məsələni müsbət həll etdilər. “Qəbələ” – PAOK matçı ilə əlaqədar Bakı Metropoliteni bu gün gecə saat 01:30-dək işləyəcək”.
Bizə başqa söz demək qalmır – Əhsən, “Qəbələ”!
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp