Avropa Liqasının qrup mərhləsi çərçivsində baş tutan və qolsuz bərabərliklə bitən "Qəbələ" – PAOK qarşılaşmasından sonra Yunanıstan təmsilçisinin baş məşqçisi İqor Tudor mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, xorvatiyalı mütəxssis nəticədən və oyundan razı qaldığını bildirib.
– Nəticə sizi qane etdimi? Bu hesab nə vəd edir?
– Kifayət qədər yaxşı futbol oynadıq. Biz qələbəyə daha yaxın idik. "Qəbələ" ilə səfərdə oynamaq asan deyil. Məğlub da ola bilərdik. Heç-heçəni qənaətbəxş nəticə sayıram.
– Dəyişikliklər etdiniz. Taktiki cəhətdən səhv etdiyinizi düşünmürsünüz?
– Hər bir məşqçinin oyuna öz baxış bucağı var. Son 10 dəqiqədə riskli əvəzləmələr etdik. Bunun da səbəbi qələbə qazanmaq istəyimiz idi. Alınmadı. Bəzi futbolçuların oyunu alınmadı. Onların günü deyildi.
– Berbatovu start heyətdə yaxın zamanlarda görəcəyikmi?
– Bir qədər zamana ehtiyac var. Optimal formasını yığdıqdan sonra əlbəttə ki, onun xidmətindən maksimum yararlanacağıq.
– Qrupda ilk oyun həmişə çətin olur. Futbolçulardan razı qaldınızmı?
– Sərgilənən futboldan razı qaldım. Doğrudu, futbolçular formalarının zirvələrində deyillər, amma ilk oyun üçün razı qaldım.
– Uzaqdan zərbələrdən istifadə etmirdiniz. Rəqibin əks-hücumları zamanı komandanızda sürət çatmırdı.
– Əlbəttə, çatışmazlıqlar var idi. Deməzdim ki, uzaq məsafədən zərbələrimiz təhlükəli alınmırdı. Hətta qalib gəldiyimiz oyunlarda çatışmazlıqları futbolçulara başa salıram. 
 
– Yunanıstan komandası yenə də "Qəbələ"ni məyus edə bilmədi. Elə həmyerliləriniz də millimizi Bakıda məğlub edə bilmədi. Sindromu nə vaxtsa qıra biləcəksiniz?
– Cavab qarşılaşmasında.
CEYHUN ƏLİYEV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp