Ölkəmizdə keçirilən hər beynəlxalq oyunda qarşısını almağa çalışsalar da, onlardan yenədə qurtula bilmirik. Söhbət "qara bazarçı"lardan gedir.
Onlara dünən – təmsilçimiz "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki PAOK-a qarşı matçında da rast gəldik. Bu oyuna marağın çox olduğunu nəzər alan işbazlar yenə də fəaliyyətdə idi. Hadisə yerində olan əməkdaşımızın müşahidələrinə görə artıq nəyinki azarkeş tribunalarına, hətta VİP-lojalara belə bilet satışı var idi.
Maraqlıdı, polislər və klub nümayəndələri hər dəfə bunun qarşısını almaq üçün tədbirlər gördüklərini desələr də, nəticə görünmür.