"Barselona" yayda heyətinə qatdığı türkiyəli futbolçu Arda Turanın yanvardan əvvəl oynaması üçün FİFA-ya müraciət etmişdi. Futbolinfo.az xəbər verir ki, sözügedən qurum katalonların müraciətinə cavab verib. 
Lakin Rafinya zədələndikdən sonra Ardanı sifariş etmək istəyən İspaniya nəhənginin bu arzusu ürəyində qalıb. Belə ki, ali futbol qurumu “Barselona”ya yanvara kimi gözləməli olduğunu bildirib və katalonların yeni transferlərinə 2016-cı ilin yanvarına qədər oynamaq qadağasını qüvvədə saxlayıb.
Qeyd edək ki, Türkiyə millisinin üzvü bu yay digər La Liqa klubu "Atletiko"dan "barsa"ya keçib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp