"Qəbələ"nin bosniya və herseqovinalı hücumçusu Ermin Zetsin futbolinfo.az-a müsahibəsi:
– “Sumqayıt”la oyunda qələbə qazandınız. Oyun haqqında fikirləriniz necədi?
– Çətin qarşılaşma oldu. Yalnız son dəqiqələrdə fərqlənib, 3 xalı qazandıq. Rəqib bizə qarşı çox yaxşı oyun göstərdi. Təəssüflə deməliyəm ki, biz heç də yaxşı oyun göstərmədik. Sadəcə, sonda 3 xalı qazana bildik ki, bizə də nəticə lazım idi.
– “Qəbələ”yə tam adaptasiya olmusan?
– Fikrimcə, artıq hər şey qaydasındadı.
– Bundan öncə çox güclü çempionatlarda oynamısız. Türkiyə Superliqasında çıxış etmisiz. Azərbaycan çempionatı sizi qane edirmi?
– Mən yaxşı mənada bura gələrkən çox təəəccübləndim. Heç vaxt təsəvvür etməzdim ki, Azərbaycanda belə çempionat var. Çox güclü komandalarla rastlaşdım. “Qarabağ”dan danışmağa ehtiyac yoxdu. Məsələn, “İnter” yaxşı komandadı. Hətta bizi də 4-cü turda məğlub etdilər. Yəni zəif komanda yoxdu.
– "Sumqayıt"la matçda çәtin qәlәbәnin sәbәbi yorğunluq idi?
– Fikrimcә, yorğunluq әsas sәbәb deyil. Düzdü, müәyyәn mәnada tәsiri ola bilәr. Amma bunu әsas sәbәb kimi göstәrmәk olmaz. Sadәcә, "Sumqayıt" çox müdafiәdә oynadı. Yaxşı müdafiә olunurdular.
– İndi isә Avropa Liqası haqqında. PAOK-a qarşı çıxışınızı necә dәyәrlәndirirsәn?
– Әlbәttә ki, çәtin görüş oldu. Biz Avropa tәcrübәsi olan güclü komandaya qarşı çıxış etdik. Amma qol vurmaq üçün şanslarımız oldu. Onlardan istifadә etsәydik, qalib gәlәcәkdik, amma alınmadı.
– 1 xalı pis nәticә sayırsan?
– Yox, 1 xal da pis deyil. Amma evdә 3 xal әldә etmәliydik. Mәğlub olub, xalsız qalmaqdansa, 1 xal normaldı.
– Ümumiyyәtlә, qrupdakı rәqiblәrinizlə bağlı nə deyə bilərsiz?
– Çox çәtin qrupumuz var. "Borussiya", "Krasnodar" vә PAOK tәcrübәli vә güclü komandalardı. Fikrimcә, çox çәtin olacaq. Hәm dә futbolsevərlər maraqlı görüşlәr izləyəcək.
– Qrupda favoritlәr kimlәrdi?
– Qrupdakı bütün komandalar bizimlә müqayisәdә, kağız üzәrindә favoritlәrdi. Amma biz göstәrәcәyik ki, hәmişә favoritlәr qalib gәlmir. "Qәbәlә"nin qrupdan çıxmaq şansı var.
– Milli komandada bir yerdә çıxış etdiyiniz İbrahim Şehiçlә Azәrbaycan futbolu vә Avropa Liqası haqqında söhbәt edirsiz?
– Bu barәd çox danışmışıq.
– Yәqin ki, kimin daha güclü qrupda düşdüyünü müzakirә etmisiz?
– Әlbәttә. Fikrimcә, әn güclü komanda bizim qrupdadı – "Borussiya".
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp