Bu gün “Qafqaz Point” otelində “Qəbələ”nin mətbuat konfransı keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə Türkiyənin “Sarar” şirkəti arasında geyim sponsorluğu müqaviləsi imzalanıb və kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib.
Təyinatı ilə bağlı danışan Aztopal "qırımızı-qaralar"ın uğuru üçün əlindən gələni edəcəyini deyib: “Tanışlığımız bir il öncəyə təsadüf edir. Bundan öncə Fariz Nəcəfov və Səməd Nəsibovla  tanış olmuşdum. Daha sonra komandanın Antalya toplanışında onlarla görüşdüm. Ötən həftə klub prezidenti Tale Heydərovla görüşümüz baş tutdu. “Qəbələ”nin uğuru üçün əlimdən gələni edəcəyəm”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp