“Neftçi” bir müddət öncə baxışa dəvət etdiyi futbolçu ilə münasibətləri rəsmiləşdirib. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb. 
Müqavilə mövsümün sonunadək imzalanıb. Bu ilin son günündə 23 yaşını qeyd edəcək braziliyalı mərkəz müdafiəçisi Bakı klubunda 3 nömrəli formanı geyəcək.
Qeyd edək ki, Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp