Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində Gəncədə "Kəpəz"in qonağ olan “Qarabağ” bu matçdan sonra Bakıya qayıdaraq, istirahətə buraxılmışdı. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi artıq hazırlıqlara başlayır. 
Klub saytından verilən məlumata görə, Qurban Qurbanovun komandası bu gün klubun bazasında toplaşır. 
Qeyd edək ki, “Qarabağ” növbəti – 6-cı turda “Neftçi”ni qəbul edəcək. Bu qarşılaşma  sentyabrın 26-da keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp