Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Futbolinfo.az xəbər verir ki, turnirin play-off mərhələsinin cavab oyunları çərçivəsində futzalçılarımız Trnava şəhərində Slovakiya millisi ilə qarşılaşıb. 
Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Sentyabrın 15-də bu komandalar arasında Bakıda keçirilmiş oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatdığı üçün cavab görüşündəki heç-heçə komandamızın növbəti mərhələyə vəsiqə qazanmasını rəsmiləşdirib.
Avropa çempionatı 2016-cı ilin fevral ayında Serbiyanın Belqrad şəhərində keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp