Moldovada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət millimiz yoxlama oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığma komandamız moldovalı həmyaşıdlarıyla üz-üzə gəlib.
 
Təbriz Həsənovun yetirmələri Moldova millisini darmadağın edib – 5:1. Maraq üçün bildirək ki, Moldova millisinin baş məşqçisi vaxtı ilə ölkəmizdə top qovmuş Vadim Boretsdi.
 
Qeyd edək ki, tərəflər arasında növbəti görüş sentyabrın 26-da keçiriləcək.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp