"Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Dario Federikonun futbolinfo.az saytına  müsahibəsi:
– "Qarabağ"la oyunda 2:3 hesabı ilә uduzdunuz. Bu məğlubiyyəti necə şərh edərdiz?
– Komandamız yaxşı oynadı. Belә güclü rәqibә qarşı inamlı çıxış etdik. Bizim üçün çәtin idi. Rәqibin necә komanda olduğunu hamı bilir. Amma qapımıza 2 penalti tәyin olundu  vә uduzduq.
– Penaltilәr doğru qәrar idimi?
– Fikrimcә, hәr ikisi doğru qәrar idi. Sadәcә, hakim ikinci penaltini vermәyә də bilәrdi. Belә dә oyun heç-heç bitәrdi. Amma yenә dә referini haqsız adlandırmazdım
– Ümumi hakimlikdәn razı qaldın?
– Hakimlik haqqında danışmağı sevmirәm. Fikrimcә, normal idarәçilik oldu.
– Azәrbaycan çempionatı sәni qane edir?
– Bura qısa müddәtdi gәlsәm dә, yaxşı çempionatda oynadığımı düşünürәm. Güclü komandalar var.
– Qısa müddәtdi burda olsan da, hәr kәs sәnin oyunundan danışır…
– Doğurdan da mәnim üçün yaxşı başlanğıc oldu. Buna sәbәb komandada yaxşı әhval-ruhiyyәnin olmasıdı. Burada dostlar mәnә dәstәk olur. Ona görә dә yaxşı oyun göstәrә bilirәm.
– Belә tez adaptasiya olmağınıza sәbәb nә idi?
– Bayaq dediyim kimi, komandadakı әhval ruhiyyә
– Azәrbaycanda çoxlu sayda brazilyalı futbolçu var. Onların hansı sәnә ölkəmiz haqqında mәlumat verib?
– Burada oynayanlardan heç birini tanımırdım. Sadәcә, Azәrbaycanda әvvәlәr oynamış Fabio Luis Ramimi tanıyıram.
AĞA
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp