2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatı qışda keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu qərar FİFA-nın İsveçrənin Zürih şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında verilib.
 
Yay mövsümündə havanın temperaturu ilə əlaqədar olaraq Qətərdə mundialın təşkil olunmasının olduqca çətin olacağı nəzərə alınaraq futbol turnirinin qış aylarında keçirilməsinə qərar verilib. Bildirilir ki, mundial 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək və 28 gün davam edəcək.
 
Qeyd edək ki, final oyunu 18 dekabr Qətərin müstəqillik günündə baş tutacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp