Bu gün Topaz Premyer Liqasında "İnter" öz meydanında "Kəpəz"i qəbul edib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun baç məşqçisi Zaur Svanadze 1:0 hesablı qələbəni belə şərh edib:
 
“Bu bizim ən çətin oyunumuz idi. Hətta avrokuboklarda bizə belə çətin deyildi. Sevinirəm ki, qələbə qazandıq. İlk hissədə çox pis oynadıq. İkinci hissədə toparlanıb, daha yaxşı çıxış etdik."Qarabağ"la çətin oyun öncəsi Dieqonun qırmızı vərəqə alması yaxşı hal deyil. "Kəpəz" komandası çox gözəl çıxış etdi. Onlara uğurlar arzulayıram". 
 
(pfl.az)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp