Topaz Premyer Liqasının 6-cı turunda “Qarabağ”la bərabərə qalan (1:1) “Neftçi” futbolçularına 2 günlük istirahət verilib. Futbolinfo.az xəbər verir ki, bakılılar sabahdan məşqlərini bərpa edəcək. 
Ağdamlılarla matçda zədələnərək, oyunu yarımçıq tərk edən Araz Abdullayevin durumuna bu gün MRT müayinəsindən sonra aydınlıq gələcək. İlkin müayinə zamanı futbolçunun ayağının arxa bağ əzələlərində zədə aşkar olunub. Sözügedən qarşılaşmanı yarımçıq tərk edən digər futbolçu – Ruslan Qurbanovun isə zədəsi elə də ciddi deyil. Onun 7-ci turda “Zirə” ilə görüşdə meydana çıxıb-çıxmayacağına məşqçilər korpusu qərar verəcək. 
Qeyd edək ki, sözügedən matç oktyabrın 3-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp