Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində davam edən “İnter” – “Qarabağ” matçında 2-ci hissə davam edir. Futbolinfo.az xəbər verir ki, fasilədən sonra meydan sahiblərinin fəallığı xeyli artırması Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovu komandasının əsas fiqurlarınını, istirahət verdiyi Riçard Almeyda və Reynaldo Silvanı döyüşə atmağa vadar edib.
Tribunalarda çoxluq təşkil edən qonaq komandanın fanatları hər iki əvəzetməni gurultulu alqışlarla qarşılayıb. Onlar braziliyalı futbolçuların adlarını qışqırmaqla, sevimli komandalarının “sehrbazlar”ına olan məhəbbətlərini nümayiş etdirib.
Qeyd edək ki, hazırda matçın 70-ci dəqiqəsi gedir və “İnter” məğlub durumdadı – 0:1.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp