Ötən gün Topaz Premyer Liqasında VII tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki,  "Qəbələ" öz meydanında "Xəzər Lənkəran"ı 6:0 hesabı ilə məğlub edib. 
Oyundan sonra ev sahibi komandanın müdafiəçisi Ruslan Abışov saytımızın suallarını cavablandırıb:
– Belə nəticə gözləyirdinmi?
– Matçın bu hesabla başa çatmasına səbəb 1-ci dəqiqədə qol vurmağımız oldu. Rəqibin vəziyyətini bilirik, onlar üçün də çətindi. Qolun erkən vurulması onları sındırdı. 2-ci qol da tez bir zamanda gəldi. Bundan sonra böyükhesablı qələbə qazanacağımızı hiss etdim. Əsas odu ki, lənkəranlı futbolçular həvəsdən düşməsinlər. 
– Sən də "Xəzər Lənkəran"ın düşərgəsində olmusan. Komandanı belə vəziyyətə düşəcəyini gözləyirdinmi? 
– Açığı, gözləmirdim. Çünki komandanın heyətində  istedadlı futbolçular çoxdu. 
– Ümumiyyətlə, sabiq komandanı bu vəziyyətdə görmək sənə ağır gəldimi? 
– Hər bir futbolçu üçün belə məğlubiyyət üzücüdü. İnanıram ki, bu vəziyyətdən tez bir zamanda çıxacaqlar. Ən əsası "Xəzər Lənkəran" kimi komandanın bu vəziyyətdə olmasını istəməzdim. 
– "Krasnodar"la oyundan sonra bu gün futbolçularda sanki, yorğunluq hiss olunmurdu…
– Heyətdə dəyişikliklər var idi. Məncə, əsas bununla əlaqədardı. Buna öyrəşmək lazımdı. Bütün dünyada futbolçular 3-4 gündən bir oyuna çıxır. 
– Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Hansı nəticəyə ümid edirsiniz? 
– Düzdü, arada milli komandanın toplanışı var. Budan sonra komanda yaxşı istirahət etməlidi. Bizim üçün çətin olacaq. Çünki rəqib heyətində gənc və istedadlı futbolçular var. Ümumiyyətlə, çempionatda asan oyun yoxdu.  Əsas oyunlara yaxşı haırlaşmaqdı.
ELMAR ABDULLA-ZADƏ
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp