Yunanıstan çempionatında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi PAOK da növbəti matçına çıxıb.   
 
Adıçəkilən komanda doğma meydanda “Olimpiakos”la üz-üzə gəlib. Görüş Saloniki təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
  
Qeyd edək ki, PAOK hazırda 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp