İsveç çempionatının yüksək liqası sayılan Allsvenskanda 27-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emin Nurinin şərəfini qoruduğu “Kalmar” da növbəti matçına çıxıb.  
 
"Qırmızı qardaşlar" doğma meydanda "Dyurqarden”lə üz-üzə gəlib. Görüş ev sahibi komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Nuri isə oyunu əvəzedilmədən keçirib.
 
Qeyd edək ki, “Kalmar” hazırda 27 xalla 13-cü pillədə qərarlaşıb.

 

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp