Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"i məğlub edən "Qarabağ" istirahətdədi. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisi sabahdan bir araya gələcək. 
Bundan əlavə, Ağdam klubunda Coşqun Diniyev zədəlidi. Yarımmüdafiəçinin hansı müddətə sıradan çıxacağı sabah bilinəcək. Lakin Cavid Tağıyevin 3 həftəlik yaşıl meydanlardan kənar qalacağı bəllidi.
Qeyd edək ki, "Qarabağ" ölkə çempionatındakı növbəti görüşündə oktyabrın 17-də "Zirə"ni qəbul edəcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp