Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 7-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.   
 
AZAL – “Rəvan” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunu. “Rəvan” klubunun baş məşqiçisi Emin Quliyev oyunsonrası mətbuat konfransında iştirak etmədiyinə görə kluba 1000 manat cərimə kəsilib.
“Qəbələ” – “Xəzər Lənkəran” matçından sonra keçirilən mətbuat konfransında Yunis Hüseynov iştirak etmədiyi üçün Lənkəran təmsilçisinə 1000 manat cərimə kəsilib.
Qeyd edək ki, hər iki məşqçi təzyiqi qalxdığı üçün mətbuat konfransında işrirak etməmişdi. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp