Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasın 7-ci turunun oyunları ilə bağlı cəzaları açıqlanıb.   
“Zirə” – “Neftçi” matçının 47-ci dəqiqəsində qonaqların futbolçusu Fəhmin Muradbəyli kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klub 2000 manat cərimə olunub.
“Kəpəz” – “Sumqayıt” matçının 76-cı dəqiqəsində qonaqlarınfutbolçusu Slavik Alxasov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“İnter” – “Qarabağ” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “İnter”in qapıçısı Giorgi Lomaya hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “İnter”in futbolçusu Zurab Xizanişvili hakimlər briqadasına qarşı təhqir edici jest və ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klub 4000 manat məbləğində cərimələnib.
Oyun başa çatdıqdan sonra Bakı təmsilçisinin nümayəndəsi Natiq Əsgərov hakimlər briqadasın təhqir etdiyinə görə 5 oyunluq cəzalanıb, klub 5000 manat cərimə olunub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp