Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Komitə 10 komandaya texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-14 Liqasının “Ağstafa Gəncləri” (Ağstafa) – “Təhsil” (Şəmkir) matçında qonaq komandanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-14 Liqasının “MKT Araz” (İmişli) – “Azəryol-Bəhramtəpə” (İmişli) matçının 2 – ci dəqiqəsində  “Azəryol-Bəhramtəpə” klubunun futbolçusu Ümüd Abdullayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Sonra isə qonaq komandanın heyətində yetərsayın olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
4 oktyabr 2015-ci il Coca Cola U-13 Liqasının “Uğur” (Ucar) – “Məhsull” (Zərdab) matçında meydan sahiblərinin heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-12 Liqasının “Uğur” (Ucar) – “Məhsul” (Zərdab) matçında qonaq komandanın heyətində yetərsay olmamasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-12 Liqasının “MKT-Araz” (İmişli) – UGİM (Xocavənd) matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-11 Liqasının UGİM Olimpik (Qusar) – “Qudyalçay” (Xaçmaz) matçında meydan sahibləri iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
4 oktyabr 2015-ci il U-11 Liqasının “Qarabağ” – “Bakı” matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. 
4 oktyabr 2015-ci il U-10 Liqasının “Neftçi” – “Bakı” matçında qonaq komanda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
3 oktyabr 2015-ci il U-10 Liqasının “Uğur” (Ucar) – “Sabirabad” (Sabirabad) matçında meydan sahibləri iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp