2007-2009-cu illərdə 4,1 milyon avro vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi və atasının məhkəməsi davam edir. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
 
Belə ki, Messinin günahsız olduğunu bildirən məhkəmə, vergidən yayınmaq məsələsində futbolçununun şirkətlərinin idarə heyətini və mühasibat hesablarını aparan Xorxe Messini günahkar hesab edir. Prokuror Xorxe haqqında 18 aylıq cəza istəyib.
 
Qeyd edək ki, Messinin vergidən yayınması barədə iş açılanda Messi iddia edilən məbləği faizi ilə birlikdə ödəsə də məhkəmə hələ də davam edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp