İtaliya A Seriyasında 4-cü pillədə qərarlaşan "Roma" heyətində ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun futbolçusu Seydu Keyta sıradan çıxıb.
Yerli mətbuatın yazdığına görə, "Karpi" ilə oyunda əzələsi dartılan 35 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçib. Malili futbolçunun 5 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Keyta 2014-cü ildə "Roma"ya "Valensiya"dan transfer olunmuşdu.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp