Ekvador millisinin baş məşqçisi Qustavo Kinteros maraqlı addımı ilə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, 50 yaşlı mütəxəssis komandasının məşqinə skuter ilə çıxıb.
Təxminən 1 ay əvvəl futbol oynayarkən ayağından ciddi zədə alan argentinalı çalışdırıcı yığma komandanın məşqini skuterdə oturaraq keçirib.
Qeyd edək ki, Ekvador DÇ-2018-in seçmə mərhələsində sabah Argentina ilə üz-üzə gələcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp