Dortmud "Borussiya"sının sabiq baş məşqçisi Yurgen Klopp "Liverpul"la müqavilə bağlamaq üçün İngiltərədədi. Futbolinfo.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
 
Bildirilir ki, 47 yaşlı çalışdırıcı sabah "Liverpul"la müqavilə imzalayacaq. Əlavə olaraq bildirək ki, “qırmızılar” bu mövsüm komandanın uğursuz çıxışı səbəbi ilə baş məşqçi Brendan Rodcersi istefaya göndərib.
 
Qeyd edək ki, İngiltərə Premyer Liqasında 8 turdan sonra "Liverpul" 12 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp