2007-2009-cu illərdə 4,1 milyon avro vergidən yayınmaqda ittiham olunan "Barselona"nın futbolçusu Lionel Messi və atasının məhkəməsi davam edir. Futbolinfo.az xəbər verir ki, bu barədə ”Marca” nəşri məlumat yayıb.
 
Bildirilir ki, İspaniyanın dövlət prokurorluğu vergidən yayınmaqda ittiham olunan ulduz futbolçuya 22,5 ay həbs cəzası istəyib. Bir neçə gün öncə isə Messinin günahsız olduğunu bildirən məhkəmə, vergidən yayınmaq məsələsində futbolçununun şirkətlərinin idarə heyətini və mühasibat hesablarını aparan atası Xorxe Messini günahkar hesab edərək 18 ay həbs cəzası istəmişdi.
 
Qeyd edək ki, Messinin vergidən yayınması barədə iş açılanda o, iddia edilən məbləği faizi ilə birlikdə ödəsə də məhkəmə hələ də davam edir.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp