Əvvəlcədən məlumat verdiyimiz kimi, Samir Abasov "Sumqayıt"ın baş məşqçisi təyin olunub. Futbolinfo.az xəbər verir ki, bu gün ilk məşqdən əvvəl adıçəkilən mütəxəssis komanda üzvlərinə təqdim olunub. 
 
"Kapital Bank Arena"nın akt zalında baş tutan görüşdə "Sumqayıt"ın prezidenti Kamran Quliyev, baş menecer Ceyhun Sultanov, Müşahidə Şurasının sədri Abdulla Məmmədov və şuranın üzvü, veteran futbolçu Telman Salahov da iştirak edib.
 
Klubun rəhbərliyi tərəfindən Samir Abasova uğurlar arzulanıb, ardınca komanda məşqə çıxıb.
 
(klub saytı)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp