AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Azərbaycan matçının hakimləri bəlli olub. Futbolinfo.az xəbər verir ki, oyunu macarıstanlı hakimlər briqadası idarə edəcək.
 
Görüşün baş hakimi Tomaş Boqnar olacaq. Ona həmyerliləri Peter Beretyan və Qabor Eros yardımçı olacaqlar. 4-cü hakim Teodoros Georgiu, Əlavə köməkçi hakimlər isə İşvan Vad və Jolt Şabo olacaq.
 
Qeyd edək ki, Bolqarıstan – Azərbaycan oyunu 13 oktyabr Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp