Sabah millimiz Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanı qonaq edəcək. Futbolinfo.az xəbər verir ki, bu gün “Skuadrra Adzurra”nın baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib.
 
Tədbirdə yerli media nümayəndələri ilə yanaşı Apennindən gəlmiş jurnalistlər də iştirak edib. Bu jurnalistlərdən biri də İtaliyanın məşhur "Rai" kanalının əməkdaşı Sabrina Qandolfi idi. Maraqlı olacağını düşünüb, xanım Qandolfiyə bir neçə sual ünvanladıq:
– Bu oyundan nə gözləyirsiniz?
– Sizdən gözləyirik ki, imkan versəydiniz udardıq (gülür). Təbii ki, zarafat edirəm. Azərbaycanın 4 oyundu ki, uduzmadığını və komandanızın dəyişildiyini bilirik. Ona görə də bu oyuna ciddi yanaşıb 3 xal qazanmalı və Avropa Çempionatına yollanmalıyıq. 
 – Qarşılaşma millinizin qapıçısı Canluici Buffon üçün önəmlidi. O, yığmada 150-ci matçına çıxacaq…
– Bufon təkcə bizim kapitan deyil. O, həm də futbol tarixinin ən güclü qapıçılarından biridi. Əlimdə olsa, qızıl topu məhz ona verərdim.
– İtaliyada bu oyuna maraq nə dərəcədi?
– Hamı çox həyəcanlıdı və matç bizim üçün çox vacibdi. Əgər məğlub olsaq, növbəti matçı gözləməli olacağıq. Şansları Norveçlə qarşıdakı oyuna saxlamaq olmaz. Mütləq qələbə qazanmalıyıq.
– Yəqin ki, Azərbaycana ilk səfərinizdi. İlkin təəssüratlarınızı bilmək maraqlı olardı…
– Çox gözəl, yaxşı insanlarınız var.
– Ümumiyyətlə, Azərbaycan futbolu haqqında nə bilirsiniz?
– Bura gəlməmişdən öncə futbolunuz haqda çox maraqlanmışam. Millinizin baş məşqçisi Robert Prosineçki çox böyük futbolçu olub. Onun “Barselona” və “Real” kimi komandalarda çıxış etdiyini bilirəm. Bir komandaya keçmişdə çox güclü futbolçu rəhbərlik edirsə, çox təhlükəli olur. Kontenin komandasını buna missal kimi göstərə bilərəm. Bir neçə gün bundan öncə “Qarabağ”ın “Anderlext”I udmağını da bilirəm. Ötən il “İnter”i də məğlub etmişdi lakin qol hesaba alınmadı. Bu, o deməkdi ki, artıq 2-ci dərəcəli komandalar qalmayıb. Buna görə də İtaliya çox ehtiyatlı olmalıdı. 
– Ümumiyyətlə, necə düşünürsünüz, İtaliyanın hazırkı durumu necədi? Bu oyun üçün vəziyyəti necədi?
– Fikrimcə, futbolçularımızın fiziki hazırlığı bu oyun üçün optimaldı. Ancaq şansızlıq üzündən Dominiko Berrardi və Lorenso İnsigneni itirdik. Amma vəziyyətləri elə də pis deyil. Ümid edirəm ki, Norveçlə oyunda ən azından adları “18-liy”ə salınacaq.
 
Əkbər Səmədov
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp