Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Nazim Süleymanovun komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyunu keçirib. 
Yerli “Maribor” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:3 hesabı ilə məğlub olub. Komandamızın qolunu Qara Qarayev vurub.
Xatırladaq ki, toplanış çərçivəsində seçməmiz ilk yoldaşlıq oyununda “Celje” klubunun U-19 komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp