Bu gün Topaz Premyer Liqasında VIII tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Kəpəz" səfərdə "Rəvan"ı 2:0 hesabı ilə məğlub edib.
"Bayıl Arena"dakı oyundan sonra baş tutan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Emin Quliyev məğlubiyyəti belə şərh edib:
“Çempionatda ən bərbad oyunumuzu oynadıq. Əlimdə olan futbolçular bunlardır. Bəzi mövqelərə oyunçular istəmişdim, alınmadı. Çatışmazlıqlarımız var. Futbolçularımın bacardıqları budur. Əhval-ruhiyyə aşağı səviyyədədir. Ardıcıl məğlubiyyətlərdən sonra vəziyyət yaxşı deyil”. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp