UEFA-nın İcraiyyə Komitəsində növbədənkənar iclas keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda UEFA-nın müvəqqəti prezidentinin adına aydınlıq gəlib.
 
Mişel Platini 90 gün müddətinə diskvalifikasiya olunduğundan onun vəzifəsi  müvəqqəti olaraq qrumun vitse-prezidenti ispaniyalı Anxel Mariya Vilyara həvalə olunub.
 
Qeyd edək ki, Vilyar həmçinin İspaniya Futbol Federasiyasının prezidentidi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp