Topaz Premyer Liqasında növbəti baş məşqçi ayrılığı baş tutub. Futbolinfo.az xəbər verir ki, “Rəvan”ın baş məşqçisi Emin Quliyev istefaya göndərilib.
 
Belə ki, komandasının uğursuz çıxışı səbəbi ilə Quliyev vəzifəsindən göndərilib. Ötən gün keçirilən oyunda “Kəpəz”ə məğlubiyyət gənc mütəxəssis üçün sonuncu olub.
 
Qeyd edək ki, “Rəvan” 8 turdan sonra 2 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp