Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Dortmund "Borussiya"sına 1:3 hesabı ilə uduzub.
"Bakcell Arena"dakı oyundan sonra Almaniya təmsilçisinin futbolçusu İlkay Gündoğan jurnalistlərə açıqlama verib:
“Qalib gəldiyimiz üçün şadıq. Hədəfimiz 3 xal qazanmaq idi. Bunu da bacardıq. Qarşılaşmanın ilk 15-20 dəqiqəsində “Qəbələ” ələ düşən fürsətləri qaçırdı. Bundan sonra araxada etibarlı oynamağa başladıq. “Qəbələ”dən belə oyun gözləmirdim. Bizə qarşı müdafiədən oynayacaqlarını düşünürdük. Bizim üçün rəqibin belə oyunu surpriz oldu. Bu gün müdafiədə etibarlı oynadıq və qazandığımız 3 xala layiq idik”. 
Almaniya millisinin Türkiyə əsilli yarımmüdafiəçisi qrupdakı vəziyyətlə bağlı da fikirlərini bildirib: ”Komandaların hər üçü də səviyyəlidi. Bizim əsas hədəfimiz qrupda 1-ci yerə çıxmaqdı. Düzdü, biz də hələ liderliyimizi rəsmiləşdirməmişik”.
Shares: