Türkiyə Superliqasında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, “Əskişəhərspor” İsmail Kartalla yollarını ayırıb.
Klubdan verilən məlumata görə, 54 yaşlı mütəxəssisin bu gün istefasını rəhbərliyə təqdim edib. Klub da onun ərizəsini qəbul edib və yollar ayrılıb. 
Qeyd edək ki, sabiq "Qarabağ"lı, makedoniyalı yarımmüdafiəçi Muarem Muaremin də şərəfini qoruduğu Əskişəhər təmsilçisi cari ilin 11 oktyabrında Kartalla anlaşmışdı. 11 oyuna yalnız 4 xal toplaya bilən "sarı-qaralar" isə 18 komanda arasında son sırada qərar tutub.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp