Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Lliqasında yaranmış fasiləylə əlaqədar olaraq "Qarabağ" baş məşqçisi Qurban Qurbanov son – XII turundakı "Xəzər – Lənkləran"la oyundan sonra komandaya 3 günlük istirahət vermişdi. Futbolinfo.az xəbər verir ki, fasilə başa çatıb və "atlılar" növbəti turda qarşılaşacağı "Kəpəz"lə oyunun hazırlıqlarına start verib.
Komandanın çalışması 15:00-da başlayıb və 1 saat davam edib. Zədəlilər səbəbindən Ağdam təmsilçisi tam heyətlə məşq edə bilməyib. Fərqli millilərə 12 futbolçu göndərən klubda zədəlilərin də olması məşqin natamam heyətlə baş tutmasına səbəb olub.  Ağdamlılar sabah 1 məşqlə hazırlıqlarına davam edəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 21-də keçiriləcək.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp