“Neftçi”nin icraçı direktoru Elnur Məmmədov Tacikistanın paytaxtı Düşənbədə təşkil olunan 1 günlük seminarda iştirak edib. Futbolinfo.az xəbər verir ki, Asiya Futbol Konfederasiyasının (AFK) “Kick-Off” layihəsi çərçivəsində “Hyatt Regency” otelində düzənlənən tədibrdə Bakı klubunun rəsmisi mühazirə oxuyub.
Seminarda layihənin məsləhətçisi kimi iştirak edən Məmmədovla yanaşı, Tacikistandakı meneceri Yoqeş Desay, yerli futbol federasiyasının vitse-prezidenti Dilşod Curayev,Tacikistan Milli Liqasının meneceri Əlişer Urunov, habelə güclülər və 1-ci dəstə komandalarının nümayəndələri iştirak ediblər. İşgüzar seminarın proqramı çırçivəsində infrastrukturun idarəetmə və inkişafı məsələlərinə toxunulub.
Qeyd edək ki, Tacikistan Futbol Federasiyası “Kick-Off” inkişaf proqramına bu ildən qoşulub və Asiyadan olan 25-ci ölkə olub. “Kick-Off” proqramı milli assosiasiyalara klub və liqalarda idarəetmənin güclənməsi məqsədi daşıyır.
 
DSC8841 - Futbolinfo.azDSC8849 - Futbolinfo.azDSC8854 - Futbolinfo.azDSC8855 - Futbolinfo.azDSC8860 - Futbolinfo.azDSC8869 - Futbolinfo.azDSC8873 - Futbolinfo.azDSC8879 - Futbolinfo.azDSC8895 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp