Topaz Premyer Liqasının XII turunda AZAL-la oyundan sonra 3 günlük istirahətə buraxılan “Kəpəz” dünəndən məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisi gündə bir dəfə paytaxtda – “Dalğa Arena”da hazırlıq keçir.
“Sarı-göylər”in bugünkü məşqini komandanın zədəli futbolçusu Dario Frederiko da izləyib. Məşqdən sonra məşqçilər korpusu və futbolçularla bir-bir görüşüb, sağollaşan braziliyalıya əməliyyat öncəsi uğurlar arzulanıb. Hamı Darionun tezliklə düşərgəyə dönməsini diləyib.
Xatırladaq ki, meniski zədələnən yarımmüdafiəçi bu gün ölkəmizi tərk edərək əməliyyat olunmaq üçün vətəninə yollanacaq.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp