Gənc Samir Əliyevlə yollarını ayıran “Neftçi” klubu baş məşqçi postunu illərin təcrübəsi Əsgər Abdullayevə həvalə etdi. Adətən belə təyinatlar zamanı komanda özünü yaxşı tərəfdən göstərəcəyi halda, müvəqqəti təyin olunmuş çalışdırıcı ilə müqavilə imzalanır. 
Amma Əsgər Abdullayevlə belə məsələ ətrafında söhbət aparılmayıb. Müşahidə şurasının üzvü sadəcə heyətində 350-dən çox oyun keçirdiyi və illərini verdiyi “Neftçi”ni indiki vəziyyətdən xilas etməlidir. 
Komandanın yeni baş məşqçisi isə yaxın gələcəkdə təsdiqlənəcək. 2010-cu ildən bu yana ancaq və ancaq yerli məşqçilərə etimad göstərən “Neftçi” ənənəsini pozmaq üzrədir. Çünki hazırda komanda əcnəbi baş məşqçi axtarışındadır.
Bizdə olan məlumata görə, yeni çalışdırıcı köhnə qitədən olacaq. Hazırda klubun idman direktoru postunu tuan Vəli Qasımov yaxşı tanıdığı bir neçə ispan məşqçi ilə danışıqlar aparır. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp