FİFA-da baş verən rüşvət qalmqallarına görə 90 günlük vəzifələrindən kənarlaşdırılan qurumun prezidenti Yozef Blatter və UEFA başqanı Mişel Platini bununla bağlı etiraz edib. Futbolinfo.az xəbər verir ki, hər iki şəxs barələrində verilən 90 günlük cəzanın ləğv edilməsini istəyiblər.
Lakin bu etiraz rədd edilib. 90 günlük cəza ilə yanaşı, Mişel Platininin FİFA prezidentliyinə namizəd ola bilməyəcəyi də açıqlandı.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp