Türkiyənin “Qalatasaray” klubunda ani ayrılıq yaşanıb. Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar” baş məşqçi Hamza Hamzaoğlu ilə yolları ayırıb. 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mənbədə bildirlir ki, tərəflər qarşılıqlı şəkildə anlaşaraq, müqaviləyə xitam veriblər. Baş məşqçiyə bu vaxta qədər komandaya xidmətləri üçün təşəkkür etdikləri bildirilib.
Qeyd edək ki, ötən ilin dekabrında bu vəzifəyə təyin olunan 45 yaşlı mütəxəssis elə həmin mövsümdəcə İstanbul klubuna çempionluq, ölkə kuboku və Türkiyə Superkuboku qazandırdı. 
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp