Premyer Liqanın XIII turu çərçivəsində,noyabrın 22-də “Neftçi”ni qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, Lənkəranda aramsız yağan və hətta bəzən leysan xarakteri alan yağış ehtiyat meydançanı bərbad vəziyyətə saldığından “ağ-yaşıllar” bu gün başqa məkanda çalışmalı olub. 
Belə ki, komanda Lənkəran şəhəri İnşaatçılar qəsəsbəsində, Şəhidlər xiyabanı yaxınlığında yerləşən qapalı futbol meydançasında məşq edib. 
Bir gün əvvəl millinin heyətində meydana çıxan Elşən Rzazadə də hazırlıq prossesinə qatılıb. Məşq saat 16:00-da başlayıb və bir saatdan çox davam edib.
(12cioyuncu.info)
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp